Multimedia Mərkəzi tərəfindən “Müəllimlər üçün sosial servislər” kitabı hazirlanıb. Kitabın müəllifləri Multimedia Mərkəzinin direktoru, AİF -in prezidenti Osman Gündüz və Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin şöbə müdiri Ramil Süleymanovdur.Multimedia Mərkəzinin nəşr etdiyi bu kitab informasiya texnologiyalarından, xüsusilə də sosial media alətlərindən istifadə etməklə tədris prosesini daha effektiv qurmaq istəyən müəllimlər üçün nəzərdə tutulub. (“OLAYLAR”İA)