Azərbaycanda ilk dəfə olaraq jurnalistlər arasında yaranan Mətbuat Qeyri-Rəsmi (MQR)öz ənənəsini davam etdirir. Qrup qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə dekabrın 22-də nəzərdə tutulan jurnalistlər arasında qeyri- adi proqramdan ibarət şouya hazırlayır. Bu barədə məlumatı MQR-dan veriblər.
Artıq MQR sosial səhifəsində bununla bağlı elan verib və proqramın hazırlığına təcrübəli tərtibatçıların iştirakı ilə başlanılıb. Dekabr ayının 22-si axşam saat 19:00-da şəhərin gözəl məkanlarının birində gənclərə məxsus əsl əyləncəli, yeyib-içməkli, zəngin proqramlı şoudan ibarət şənlik olacaq. Şaxta baba, Qar qız, Yeni İl hədiyyələri, DJ-in ifasında biri-birindən gözəl musiqilər və digər sürprizlər şounun əsas tərkib hissəsidir. Bütün bunlar hər bir jurnalistə 40 manata başa gələcək.
Təxminən 50-ə qədər qədər jurnalistin qatılacağı gözlənilən şouya müxatəlif media orqanlarından nümayəndələr iştirak edəcək. Bura Xəzər TV, Lider TV, ATV, İctimai TV, ANS, AzTV, Səs TV, MuzTV-nin, APA, Lent.az, Trend, Azadinform, İnterfax agentliklərinin, o cümlədən qafqazinfo.az, modern.az xəbər saytlarının, bundan başqa “Gündəlik teleqraf”, “Baku Post”və digər qəzetlərin əməkdaşları daxildir. Bundan başqa müstəqil yazarlar və jurnalistlər də iştirak edirlər.
Qeyd edək ki, jurnalistlərdən Murad Əliyev, Mübariz Aslanov və Yelena Sidorenkonun təsisçiliyi ilə yaradılan “Mətbuat qeyri-rəsmi” Qrupunun əsası bu ilin yay aylarında sosial şəbəkələrdə media nümayəndələrinin istirahətinin təşkili məqsədilə təşəbbüs formasında qoyulub. Sonralar bu təşəbbüsün jurnalistlərin arasında geniş rezonans yaratması nəticəsində Qrup fəaliyyətini adına uyğun qeyri-rəsmi formada bir qədər genişləndirib: mütəmadi olaraq Azərbaycanın, eləcə də xarici ölkələrin maraqlı bölgələri ilə Azərbaycan jurnalistlərinin tanışlığı məqsədini qarşıya qoyub. Bura eyni zamanda jurnalistlərin işdən sonra peşə fəaliyyətində təcrübə mübadiləsi, dünya ölkələri jurnalistləri ilə sıx peşə əməkdaşlığı, təcrübə mübadiləsi, eyni zamanda jurnalistlərin kollektiv istirahəti də daxildir. Qrupun Təşkilat Komitəsi mövcuddur və bura təsisçi jurnalistlər Yelena Sidorenko, Mübariz Aslanov və Murad Əliyev daxildir. Hazırda Qrupun Azərbaycan və Türkiyə mətbuatı da daxil olmaqla 200-dən çox üzvü var. Qrup indiyə kimi Azərbaycanın bir sıra turistik bölgələrinə kollektiv jurnalistlərin səyahətini təşkil etməklə yanaşı xarici ölkə mətbuatı ilə dostluq təmasının qurulmasına start verib.