Türkiyənin Ürgüp FM və Kapadokya Şairlər və Yazıçılar Birliyi tərəfindən möhtəşəm şeir festivalı keçirilib. Modern.az-ın məlumatına görə, ənənəvi olaraq hər il təşkil edilən mərasimə bu dəfə Türkiyə ilə yanaşı Azərbaycan və Kiprdən olan ədəbiyyat xadimləri də qatılıblar.
Tədbir iştirakçıları Atatürkün heykəlini ziyarət etdikdən sonra Nevşəhir qubernatoru Abdurrahman Döyüşlə görüş keçiriblər.
Məşhur şairlər Cemal Safi, Yəhya Akəngin, Abdullah Satoğlu və başqalarının da qatıldığı şölənə Kipr Tatlısu Bələdiyyə başqanı Hayri Orçan, Kipr millətvəkili dr. Arif Albayrak, Nevşəhir Bələdiyyə başqan müavini Atilla Seçən, Gülşəhir Bələdiyyə başqanı Mustafa Dursun, Çat Bələdiyyə başqanı Kamil Duru, Nar Bələdiyyə başqanı Əli Ərdoğmuş da qatılaraq şair və yazıçılarla birlikdə olublar.
Qeyd edək ki, VII Kapadokya şeir festivalında Azərbaycanı publisist Əkbər Qoşalı və Səhər təmsil ediblər. Mərasim iştirakçılarına təşkilatçı qurumun başqanı Ayşə Paslanmaz tərəfindən plaketlər təqdim olunub.