“Yeni Media Jurnalistləri” İctimai Birliyi qardaş Türkiyədə internet jurnalistikanın vəziyyətini, əməkdaşlıq imkanlarını öyrənmək və təcrübə mübadiləsini aparmaq məqsədi ilə bu ölkənin yeni media qurumları ilə əməkdaşlıq edəcək. Bu barədə YMJ-in sədri Xaqani Səfəroğlu məlumat verib. Qarşılıqlı əlaqələrin yaradılması üçün qurumun İdarə Heyətinin üzvü, jurnalist İmdad Əlizadə sabah Türkiyəyə yola düşür. Türkiyə Qəzetəçilər Federasiyasının toplantısına qatılacaq YMJ nümayəndəsinin Türkiyənin aparıcı portal və internet xəbər agentliklərinin rəhbərləri ilə görüşü planlaşdırılır.