Bakı Beynəlxalq Hava Limanında Azərbaycan dövləti və dövlət dili təhqir edilir. Bu barədə “OLAYLAR”a Bakı sakinləri məlumat verib. Məlumatda deyilir ki, hava limanının gözləmə və elan zallarında Azərbaycan dilinə əsl hörmətsizlik edilir. Belə ki, hava limanının gözləmə və elan zallarında bütün məlumatlar sərnişinlərə yalnız rus dilində elan edilir. Burada hətta işçilər də sərnişinləri rus dilində danışmağa vadar edir. Sərnişinlər bildirirlər ki, hava limanında Azərbaycan dilindən bir dialoqda istifadə olunmur. Artıq hava limanında rəsmi dil kimi Azərbaycan dili deyil, rus dilindən istifadə olunur.