Hakim Yeni Azərbaycan Partiyasının əsas təbliğat ruporlarından olan “Səs” qəzeti 9 və 10 oktyabr saylarında dərc etdiyi şeirlərlə sabiq deputat Gülər Əhmədovanı təhqir edib.
Modern.az saytının məlumatına görə, qəzetin dərc etdiyi “Mirzə Qərənfildən Gülər Əhmədovaya ərmağan” və “Gülərə ikinci ərməğan” adlı şeirlərdə Milli Məclisin keçmiş üzvü barəsində xoşagəlməz ifadələrə yer verilib.
“Səs” Gülər Əhmədova deputat olduğu müddətdə onun təbliğinə geniş yer verən mətbu orqanlardan biri idi. İndi onun deputat mandatı əlindən alınan xanım barəsində bu cür addım atması anlaşılan deyil.