Ötən ildən başlayaraq “Ali təhsil müəssisələrində Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılıb.
Layihə Multimedia Mərkəzi tərəfindən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə sıx əməkdaşlıq şəraitində keçirilir. Bu barədə Modern.az-a Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib: “Layihə çərçivəsində yeni media sahəsi ilə əlaqəli fənlərin tədris modellərinin hazırlanması, jurnalistika təhsili verən hər bir ali təhsil müəssisəsi üçün Onlayn laboratoriya – onlayn qəzetin modulunun və Yeni media texnologiyalarının tədris edən müəllimlərə köməklik məqsədilə elektron tədris resursun yaradılması, təlimlərin keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində yalnız bir ali təhsil müəssisəsində – BDU-nun jurnalistika fakültəsində İnternet TV Studiyanın yaradılması planlaşdırılmışdır. Bu studiya onlayn resursların media bazarının tələblərinə cavab verən kadrlar hazırlanmasında önəmli rol oynayacaq”, – deyə P. İbrahimova qeyd edib.