Afinada televiziya stansiyasını partlatmağa cəhd ediblər

Alter TV nümayəndələrinin sözlərinə görə, telemərkəzin ərazisində yerləşən avtomobil dayanacağına yaxınlaşan cinayətkarlar binaya ən azı yeddi dəfə atəş açıblar. Güllələrin bəzisi stansiyanın yaxınlığındakı avtomobillərə dəyib. Alter TV mühafizəçilərini hədələməklə cinayətkarlar partlayıcı qurğu atıblar, lakin o işə düşməyib.

Yunanıstan daxili işlər naziri Prokopis Pavlopulos bəyan edib ki, polis cinayətkarların ələ keçirilməsi üçün əlindən gələni edir. Afina Jurnalistlər Birliyinin başçısı Panos Sombolos isə baş vermiş hadisənin arxasında 2008-ci ilin dekabrında Yunanıstandakı hökumət əleyhinə çıxışlarda iştirak etmiş yerli radikal-solçu təşkilatların durduğunu bildirib.

Lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO