F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən cari ilin 20-25 sentyabr tarixində Cəlilabad, Masallı, Astara, Lerik, Yardımlı rayonlarında “Uşaq Kitab Karvanı” adlı tədbirlər keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə
tədbirlərin yüksək səviyyədə təşkil olunması üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən müvafiq əmr imzalanıb. Bu məqsədlə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının bir qrup əməkdaşı və İlyas Tapdıq, Zahid Xəlil, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Solmaz Amanova, Nüşabə Məmmədli, Qəşəm İsabəyli, “Tumurcuq” qəzetinin baş redaktoru Səməd Məlikzadə kimi tanınmış uşaq yazarları sözügedən rayonlara ezam olunacaqlar.
Tədbirlər çərçivəsində qeyd olunan rayonların Mərkəzi Kitabxana Sistemlərinin hər birinə 900 nüsxə müasir uşaq nəşrlərinin hədiyyə edilməsi də planlaşdırılır. (“OLAYLAR”İA)