Osman Gündüz: “Əlifbada dəyişiklik etmək təklifi gülməlidir “

– Əlifbada bəzi hərfləri dəyişdirmək istəyənlərin bir arqumenti də budur ki, internet dövründə bəzi işarələr yazışmalarda sürəti azaldır, bir işi iki edir və s.

– Mən birmənalı şəkildə deyirəm ki, Azərbaycan əlifbasının simvollarının texnoloji problemləri 12 il əvvəl həll olunub. Vəssalam. Bilmirəm bu adamların dünyadan xəbəri yoxdur, ya nədir, bu məsələni qaldırırlar? Gülməli təklifdir. Bir Osman Gündüz
daha deyirəm ki, 2000-ci Osman Gündüz​​ildə texniki, texnoloji baxımdan
bizim əlifbanın standart məsələsi həll olunub. Həm dünya proqram, kompyuter istehsalçıları tərəfindən, həm də hökumət tərəfindən. 2000-ci ilə qədər bu söhbətlərin yeri var idi. Yəni Windows-2000 çıxana qədər. Ona qədər Azərbaycanda hərənin cibində bir şrift standartı vardı. Qeyri-standart bir mühit idi. Ona görə ki, dünya ​​proqram, komyuter istehsalçıları balaca xalqların əlifbalarını nəzərə almamışdılar. 2000-ci ildə isə Unicode standartı ilə dünyadakı bütün balaca və böyük xalqların əlifba simvolları kodlaşdırıldı, bir standart düzəldildi. Monopolist Microsoft şirkəti də dərhal Unicode-un Azərbaycan dili üzrə standartlarını götürdü. Bununla da “ə”, “ü”, “ç”, “ş” məsələsi həll olundu.

“ƏLİFBADA DƏYİŞİKLİK MİLLİ TƏHLÜKƏSİZLİK MƏSƏLƏSİNƏ GƏLİB ÇIXIR”

– Bir məsələ də “ş”, “ç” hərfləri ilə bağlıdır ki, çox zaman internet yazışmalarında onların yerinə “sh”, “ch” birləşmələrindən istifadə edilir. Və təklif var ki, bu işarələr bu qədər işləkdirsə, bəlkə elə rəsmiləşdirilsin?

– Düzdür, mən özüm də “ə” yerinə “e” yazıram, “ç” yerinə “ch” yazıram. Bunu düzgün hesab etmirəm. Bu, artıq mənim problemimdir, millətin, dövlətin problemi deyil. Yəni bu, tənbəlliklə bağlıdır, vərdişlə bağlıdır. “Ə”, “ç”, “ş”-nin Şahnaz Bəylərqızı
problemi deyil. Əlifbada hərflərin Şahnaz Bəylərqızı​​dəyişdirilməsi
informasiya təhlükəsizliyi, milli təhlükəsizlik məsələsinə gəlib çıxır. Azərbaycanda əlifba bir neçə dəfə dəyişib. Bu gün kitabxanalar ağzına kimi kiril qrafikalı kitablarla doludur. Amma kimə lazımdır? Kimsə “ə”, “ç”, “ş”-ni dəyişəcək deyə internetdə nəhəng informasiya resursları məhv olmalıdır. 12 ildir internetdə nəhəng axtarış sistemləri öz bazalarını Azərbaycan dilində tonlarla informasiya ilə doldurublar. Demək, sabah bunlar bir qəpiklik olacaq.

“QARDAŞ, QARŞINIZI KİM ALIR Kİ, ALLAHIN 5 DOLLARLIQ KLAVİATURASINI ÖLKƏYƏ GƏTİRƏSİZ?”

– Bundansa dilçilik institutları İKT sahəsində Azərbaycan dilində terminlər yaratsınlar. Bu sahədə terminlər hələ də dilimizdə oturuşmayıb. Deyirlər yazmaqda problem var, qardaş, kim qarşınızı alır ki, Allahın 5 dollarlıq klaviaturasını Azərbaycan dilində ölkəyə gətirəsiz? Bu qədər milyardı olan ölkədə mobil telefonların düzülüşünə, klaviaturanın Azərbaycan dilində istehsalına nail olmaq boş şeydir. Bu cüzi xərc tələb edir, cüzi xərc. Buna fikir verən yoxdur…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO