“Azəri-press” İnformasiya Agentliyi (APA) yeni ofisə köçüb. Bu barədə Modern.az-a APA-nın baş direktoru Vüsalə Mahirqızı məlumat verib: “Yeni ofisimiz Bakının Xətai rayonu ərazisində, “Xətai” metrostansiyasının yaxınlığında yerləşir. Bura daha böyükdür, daha rahat yerləşə biləcəyik. Bizim şirkətə məxsus qurumlar fərqli-fərqli yerlərdə yerləşməyə məcbur qalmışdılar. İndi isə bir yerdə olacağıq, normal bir yerdir, artıq dünəndən başlayaraq köçmüşük və bazar gününə qədər bu prosesi başa çatdıracağıq. Bu müddət ərzində işimizdə köçürülmə ilə bağlı axsamalar olarsa, oxucularımız güzəştə gedərlər”.
V. Mahirqızı onu da əlavə edib ki, gələcək üçün yeni layihələr nəzərdə tutulub: “Həmin layihələr üçün ofisimizdə yerlər nəzərdə tutulub. İndidən həmin layihələri açıqlamaq istəmirəm. APA-nın 150-yə qədər işçisi var. Bu, çox böyük kontingentdir. Eyni zamanda mütəmadi qonaqlarımız olur. Ona görə yeni və müasir texnologiyalarla təmin olunmuş bir ofisə ehtiyacımız var idi. Köhnə ofislərdə kirayədə idik, həmin ofisləri də indi sahiblərinə geri qaytarmışıq”, – deyə V.Mahirqızı qeyd edib.