Fransa jurnallarından biri ölkə tarixində ilk dəfə rast gəlinən səviyyədə cərimələnib. “OLAYLAR”ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, jurnal prezident aləsinin iddiası ilə cərimələnib. Cərimələnməyə səbəb isə jurnalın prezident ailəsinin çimərlik geyimində şəkillərini dərc etməsi olub. Buna görə də, prezident ailəsi jurnala qarşı iddia qaldırıb və dərgiyə 2000 avro cərimə kəsilib. Ölkənin birinci ailəsinin qaldırdığı iddia isə 30 min avro olub. Qeyd edək ki, belə bir məsələyə görə media orqanının cərimələnməsi Fransa tarixində ilk dəfədir. Ölkənin əvvəlki prezidentlərinin ailələrinin çimərlik geyimlərində şəkilləri dəfələrlə mətbuatda dərc edilsə də, onlar cərimələnməyib. Amma, media orqanları da həmin şəkillərdə qeyri-etik görüntüləri dərc etməyib.