İranda həbs olunmuş azərbaycanlı şairlər azad ediliblər

İranda həbs olunmuş azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə çərşənbə axşamı azad ediliblər. Bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Ramin Mehmanpərəst Azərbaycan şairlərinin çərşənbə axşamı günorta saatlarında Təbrizdəki Azərbaycanın Baş Konsulluğununa təhvil verilməsini təsdiqləyib. Bu barədə “Mehr” agentliyi xəbər yayıb.

Azad olunmuş şairlərimizin sabah Bakıya qayıdışı gözlənilir.

Modern.az xatırladır ki, azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə İrana şeir festivalında iştirak üçün gedib və mayın 2-də orada həbs olunmuşdular.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO