Türkiyə Jurnalistlər Federasiyası (TGF) Suriyada əsir alınan Türk kameraçı Cüneyd Ünalın dərhal sərbəst buraxılması üçün çağırış edib.
Türkiyə Jurnalistlər Federasiyasının rəhbəri Atilla Sertel Modern.az saytına bildirib ki, onun tərəfindən edilən çağırışda Türkiyə Xarici işlər Nazirliyi başda olmaq üzrə bütün jurnalist təşkilatlarının hərəkətə keçməsi lazım olduğu ifadə edilib:
“Vəzifəsi üzrə Suriyaya ezam olunan, on gündür əsir götürülən həmkarımız Cüneyd Ünal dərhal sərbəst buraxılmalıdır. Hökumət və jurnalist təşkilatlarını daha həssas olmağa çağırırıq. 20 mindən çox üzvü olan TGF bu mövzuda hər cür dəstəyi verməyə hazırdır”.
Modern.az