Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı (AGAT) iyunun 27-də səhər KİV nümayəndələri ilə görüşəcək.
AGAT-ın sədri Gülsel Səfərova SalamNews-a bildirib ki, görüşdən məqsəd başçılıq etdiyi təşkilatın fəaliyyətini 5 il ərzində daim işıqlandıran, qərəzsiz mövqe və operativlik nümayiş etdirən KİV mənsublarını xüsusi atmosferdə qəbul edib onlarla yeni münasibətlər qurmaq sahəsində fikir mübadiləsi aparmaqdır.