Moskvada “Gələcəyin mediası-2012” adlı İkinci Beynəlxalq forum açılıb

Moskvada “Gələcəyin mediası – 2012” adlı İkinci Beynəlxalq forum açılıb.

SalamNews-un məlumatına görə, Rusiyanın “RİA Novosti” informasiya agentliyi tərəfindən təşkil olunmuş forum dünyanın ən iri KİV-lərinin nümayəndələrini, nüfuzlu analitikləri və aparıcı peşəkarları Rusiya paytaxtına toplayıb.

Forumun təşkilatçılarının və tərəfdaşlarının fikrincə, konfrans uzun sürən böhrandan sonra uğur əldə etmək üçün mass-mediaların məhz hansı yolla inkişaf edəcəyi ətrafında diskussiyanı xeyli irəlilətməyə imkan verəcək. “Gələcəyin mediası” həm media sahəsində dünyanın aparıcı praktikləri ilə tanış olmaq, həm də ekspertlərin geniş dairəsinə Rusiya KİV-lərinin nailiyyətləri barədə məlumatlandırmaq üçün yaxşı fürsətdir.

Rusiyanın Baş naziri Dmitri Medvedev forum iştirakçılarına teleqram ünvanlayıb. Teleqramın mətnini rabitə və kommunikasiyalar naziri Nikolay Nikiforov oxuyub. “RİA Novosti”nin baş direktoru Nikolay Biryukov əlavə edib ki, hazırda media sahəsi maliyyə, sosial şəbəkələrin sürətli inkişafı kimi bir çox çağırışlarla üzləşir. Belə müzakirələr və diskussiyalar həmin çağırışlara necə cavab verməyi müəyyənləşdirməyə imkan verir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO