Azərbaycanın «KATV1» kabel televiziya operatoru yeni kampaniyaya başlayıb.
«KATV1»dən SalamNews-a verilən məlumata görə, bu il avqustun 31-dək «KATV1» kabel televiziya operatorunun rəqəmsal yayım və internet xidmətindən istifadə edən abunəçilər «PayPoint» ödəmə nöqtələri vasitəsilə 30 manat və ya 30 manatdan çox ödəniş etdikdə, kabel televiziya operatoru tərəfindən təmənnasız 1 aylıq əlavə 3 paketə (VİP1, VİP2, VİP3) abunə olmaq imkanı əldə edəcək. Kampaniya çərçivəsində əlavə paketlər iyulun 1-dən aktivləşdiriləcək.
Bildirilib ki, rəqəmsal yayım və internet xidmətindən istifadə edən abunəçilər ödənişləri «KATV1» filiallarında və inkassatorlar vasitəsilə reallaşdıra bilərlər. Bundan başqa, abunəçilər onlara verilən İD kod vasitəsilə bank filiallarında, «Netmoney» universal ödəmə kartlarının və «PayPoint» ödəmə terminallarının köməyi ilə, eləcə də bank kartları vasitəsilə internetdən ödəmələri həyata keçirə bilərlər. Əlavə məlumat və İD kodu əldə etmək üçün 127 nömərsinə zəng vurmaq lazımdır.
Hazırda ölkə üzrə «KATV1» kabel televiziyası operatorunun 12 ofisi fəaliyyət göstərir. Onlardan 8-i Bakı, 2-si Xırdalan və Mingəçevir, 2-si isə Gəncədə yerləşir.