“Qafqazinfo” xəbər saytı haker hücumuna məruz qalıb. Baş redaktor Elbrus Ərudun Modern.az-a verdiyi məlumata görə hücumlarla bağlı “Qafqazinfo”nun serverinə nəzarət edən şəxslər xaricdən sayta girişi məhdudlaşdırıblar. O bildirib ki, hücumlar dayandıqdan sonra saytın fəaliyyəti bərpa olacaq.
“Ciddi bir problem yoxdur, sadəcə sayta daxil olmaq mümkün deyil. Bu yarım saat və ya bir neçə saat çəkə bilər. Haker hücumunun kimin tərəfindən edildiyi dəqiq bilinmir. Haçan hucum dayancaq, onda saytı da açağıq. Səbəblərə gəldikdə isə gün ərzində saytımız yüzdən çox xəbər yerləşdirir və 40 mindən çox girişi olan xəbər portalıdır. Saytlara hücumlar Azərbaycanda xarakterik haldır. Belə məsələlərə çox da önəm vermək lazım deyil. Belə hallar bir gün də davam edə bilər. Portal açılan kimi xəbərləri yerləşdirəcəyik. Ola bilər ki , yerləşdirdiyimiz xəbər kiminsə xoşuna gəlməyib, o da təşkil edib. Və yaxud da bunu qruplar edə bilər. Xüsusi bir səbəb görmürəm ki , nəsə ciddi bir problem yaşansın. Umid edirəm ki, tezliklə problem aradan qalxacaq”.