İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlı 2 il həbsxana həyatı yaşayacaq

Binəqədi rayon Məhkəməsində İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

SalamNews-un xəbərinə görə, hakimin səsləndirdiyi hökmə əsasən, Anar Bayramlı 2 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, “Səhər” telekanalının əməkdaşı fevralın 17-də həbs olunub. Anar Bayramlı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma daşıma) maddəsi üzrə ittiham olunur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO