“Yeni Müsavat” qəzetinin əməkdaşı, deputatlığa keçmiş namizəd Leyla İlqar (Mustafayeva) Müsavat Partiyasının mətbuat və informasiya şöbəsinin rəhbəri təyin edilib. Bu barədə Müsavat partiyasından Modern.az-a məlumat verilib. Bildirilib ki, bu gün partiya Divanının toplantısında başqan İsa Qəmbər Leyla İlqarın yeni vəzifəyə təyin edilməsi haqda sərəncamı təqdim edib.
Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin əməkdaşı, Müsavat Partiyası Gənclər Təşkilatının beynəlxalq şöbəsinin sədri Leyla İlqar soununcu parlament seçkilərində 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü.