“Neftçi” Futbol Klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, tanınmış jurnalist Elnur Əşrəfoğlu tutduğu vəzifədən kənarlaşdırılıb.
Modern.az-ın məlumatına görə, bu vəzifəyə digər tanınmış jurnalist, keçmiş ANS-çi Gündüz Abbaszadə təyin olunub.
Məlumatı “Neftçi” Futbol Klubundan da təsdiqləyiblər.
G.Abbaszadəbu təyinatadək “Neftçi” Futbol Klubunun eyniadlı jurnalının baş redaktoru vəzifəsində çalışırdı.
Qeyd edək ki, bu, Elnur Əşrəfoğlu ilə bağlı son bir həftədə baş verən ikinci xoşagəlməz hadisədir. Belə ki, o, ötən həftə “Space” kanalında aparıcısı olduğu “Qol” idman verilişindən də kənarlaşdırılıb. Onun “Space” ilə müqaviləsinin başa çatdığı bildirilib.
Modern.az