Mağazalarda xaricdən gətirilən dekoderlər satılır”
“Rəqəmli yayımla bağlı Nazirlər Kabinetinin qərarı var ki, 2012-ci ilin sonuna qədər Azərbaycanda analoq yayım dayandırılacaq və rəqəmli yayım tam həyata keçiriləcək. Hələ xeyli zaman var. Biz istərdik ki, bu işi tez həyata keçirək. Lakin aztəminatlı ailələrin dekoderləri ala bilməsi üçün hökümətə etdiyimiz müraciətə hələ baxılır və bununla bağlı dəqiq cavab yoxdur”. Bu sözləri Modern.az saytına açıqlmasında Milli Teleradio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. O qeyd edib ki, əgər bu müraciətə müsbət cavab verilərsə, rəqəmli yayıma daha daha tez bir zamanda keçmək mümkün olacaq.
“Əgər bu, mümkün olmazsa, qərara uyğun olaraq 2012-ci ilin sonunda anoloq yayım dayandırılacaq”.
MTRŞ sədri artıq müxtəlif xarici ölkələrdən gətirilən dekoderlərin mağazalarda fərqli qiymətlərlə satıldığını bildirib. N. Məhərrəmli dekoderlərin Azərbaycanda istehsal edilməsi ilə də bağlı müraciətlərin edildiyini vurğulayıb: “Mingəçevirdəki “Kür” zavodu və Bakıda Müdafiə Sənayesi Nazirliyinin “Peyk” zavodlarına lazımi maliyyə vəsaiti ayrılarsa, dekoderlərin istehsalı daha ucuz başa gələr. Lakin bununla da bağlı həlik məlumat yoxdur, sözügedən müəssisələr investisiya gözləyirlər”.