Gəncədə Mətbuat Evinin tikintisi ilə bağlı jurnalistlərə məlumat verən şəhər İcra Hakimiyyətrinin başçısı Elmar Vəliyev bildirib ki, binanın bünövrəsi iyulun 22-də – Milli Mətbuat günündə qoyulacaq.
SalamNews xəbər verir ki, beşmərtəbəli binada Gəncənin bütün KİV kollektivlərinin yerləşməsi planlaşdırılır. Yeni tikilidə bu regiona ezam olunmuş jurnalistlər üçün mehmanxana da nəzərdə tutulub.