Apellyasiya Məhkəməsi Eynulla Fətullayevin xarici işlər nazirinə qarşı iddiasını icraata götürüb

Belə ki, Apellyasiya Məhkəməsinə müraciətə Elmar Məmmədyarovun informasiya sorğusuna cavab verməməsi səbəb olmuşdur.

Xatırladaq ki, «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayevə qarşı cinayət işi xarici işlər naziri Elmar Məmmədyarovun Milli Təhlükəsizlik Nazirliyinə müraciəti əsasında açılmışdır. E.Məmmədyarovun müraciətində deyilirdi ki, «Əliyevlər müharibəyə gedir» məqaləsinin dərcindən sonra Azərbaycanda yaşayan xarici sahibkarlar məsələ ilə bağlı narahatlıq keçirmişlər. Məsələ ilə bağlı nazirə sorğu göndərən E.Fətullayev narahatlıq keçirən şəxslərin siyahısının təqdim olunmasını istəmişdir. Lakin jurnalistin sorğusu cavabsız qalmışdır.

Day.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO