Beləliklə, «Akado»nun vitse-prezidenti Mixail Silinin nəşrə verdiyi məlumata əsasən, şirkət ya xidmətlərin qiymətlərini artırmalı, yaxud da lisenziya yığımlarının azalması haqqında xarici kanalların tədarükçüləri ilə razılığa gəlməlidir. «Kommersant»a məlum olub ki, ödənişli televiziya xidmətlərini göstərən əksər Rusiya şirkətləri valyutanın rubla nisbətində artımını kompensasiya edən güzəştlərin əldə olunması haqqında xarici televiziya kontentinin tədarükçüləri ilə danışıqlar aparır. Lakin, Silinin dediyinə görə, artıq xarici telekanallarla imzalanmış müqavilələr yenidən bağlanmayacaq.
lenta.ru