SAMF və Karabakhinfo şairi təbrik edirlər
May ayının 10-da rəsmən Azərbaycanın böyük şairi, yaratdığı əsərlərinin təkcə müasirlərinə deyil, Azərbaycan durduqca gələcək nəsillərə də bir örnək olacağı artıq heç kimdə şübhə doğurmayan Musa Yaqubun 75 yaşı tamam olur.
Şairin rəhbərliyi və tövsiyyələri ilə ölkəmiz və xalqımız qarşısında müqəddəs sayılan əməllərin yaşaması, qorunması və inkişafına işıq salan çoxsaylı layihələrin icraçısı Söz Azadlığını Müdafiə Fondunun (SAMF) və www. Karabakhinfo.com elektron jurnalının kollektivləri bu yubiley münasibətilə onu təbrik edir, ömrünün ahıllıq çağını yaşayan şairə yeni-yeni yaradıcılıq uğurları arzulayırlar.
Təbrikdə böyük şairə 100 il ömür sürmək səadəti arzulanır: “Sizə 100 il ömür arzulayırıq, hörmətli Musa müəllim! Uca Tanrıdan arzu edirik ki, Sizə 100 illik şair ömrünü bəxş etsin. Siz isə bu ömrün sərhədsiz qanadlarında bütün xalqımızın söz, sənət, ədalət boxçasına təkrarsız şairliyinizlə bol-bol töhfələr verə biləsiniz.
Sizi bir daha ürəkdən təbrik edir, övladlarınızın, doğmalarınızın sevincinə qoşuluruq”.