Bu gündən Azərbaycan telekanallarında əcnəbi serialların yayımı dayandırılır. Milli Televiziya və Radio Şurası (MTRŞ) mayın 1-dən yerli telekanallarda xarici seriallara qoyulan qadağanın icra vəziyyəti ilə bağlı monitorinqlər keçirəcək.
MTRŞ-dən Modern.az-a bildirilib ki, qadağanı pozan telekanallara əks tədbirlər görüləcək.
Ümumilikdə yerli telekanallarında yayımlanan 30-dək serialın yayımı bu gündən kəsiləcək. Yerli telekanalların hamısı MTRŞ-nin qərarına əməl edəcəklərini bildiriblər.
Modern.az