Azərbaycan Yazıçılar Birliyinin (AYB) mənzil növbəsində dayanan evsz yazıçı və şairlərlə bağlı qərarı narazılıqlara səbəb olub. 9 mənzilin 36 yazıçı arasında bölüşdürüləcəyi məsələsi gündəmə gələndən dedi-qodular, söz-söhbətlət başlayıb. Bu məsələ ilə bağlı aprelin 27-də Yazıçılar Birliyində mənzil komissiyasının sədri, üzvləri, mənzil növbəsinə dayanan yazıçı və şairlərin iştirakı ilə iclas keçirilib və bəyanat qəbul olunub.
Qərara alınıb ki, 9 mənzil 36 yazıçıya verilsin. Prosedur belədir ki, mənzillər satılaraq hər mənzilin pulu dörd şəxs arasında bərabər bölünəcək.
Bu mənzillər “Abidə” firmasının Bakının Zırgərpalan küçəsində tikdiyi binada yerləşir.
Yazıçılar Birliyin mənzil siyahısında 50-dən çox yazıçının adı var. Artıq narazılar danışmağa başlayıb. Ədəbi kəsimin bir neçə nümayəndəsi bununla bağlı fikirlərini Modern.az-la bölüşüblər.
Yazıçı Qan Turalı deyib ki, AYB-nin aprelin 27-də açıqladığı siyahı haqda uzun danışmağa dəyməz.
”Hər şey ortadadır. AYB-nin bütün siyasəti bu siyahı ilə üzə çıxır. Mən əlbəttə ki, bu siyahıda İlqar Fəhminin, Qulu Ağsəsin, Şərif Ağayarın, Səlim Babullaoğlunun, Qismətin adını görməyi arzulayardım. Lakin söhbət AYB-dən gedir. Buna görə də arzulamaq belə mənasızdır” .
Yazıçı Şərif Ağayar da bu məsləyə biganə qala bilməyənlərdəndir: “Mən bu siyahıya indi baxdım və dəhşətə gəldim. İnsan hansı hissləri keçirə bilirsə, hamısını keçirtdim. Heyrətə gəldim, dəhşətə gəldim, çaşdım, sevindim, kədərləndim, əsəbləşdim və bu əhvalla da danışıram. Bax burda Fikrət Qocanın oğlu Yalçın Qocanı görəndə həqiqətən çaşdım. Çox dəhşətə gəldim və bunu sözlə belə, ifadə edə bilmirəm. Üstəlik də heç kimin tanımadığı və bilmədiyi adamların da adını bu siyahıda görəndə çox təəccübləndim.
Bir də bu siyahda ədəbiyyata aid olmayan texniki işçilərin də adları var. Amma ümumilikdə götürəndə bu siyahı bizim məmləkətin elə özünə oxşayır. Azərbaycanda başqa sahələrdə vəziyyət necədirsə, elə Yazıçılar Birliyində də vəziyyət elədir.
Siyahıya düşməyə haqqı çatan yazıçılarımızdan Ayxan Eyvaz, Şaiq Vəli, Xanəmir, İlham Qəhrəman , Əsəd Cahangirin adını görəndə bir az da olsa sevindim. Adını çəkdiklərim həqiqətən buna layiqdir və tam olaraq haqları da çatır.
Bilirsiz bu işlə məşğul olmağa kimi təyin etsən, vəziyyət dəyişməz olaraq qalacaq. Tarixdən belə şəxsiyyət tutub gətirsək, biz bunu həll edə bilmərik. Çünki evi olan şəxslər yenə də hansı yolla olursa olsun bu siyahıya düşəcək. Bax biz bu cür cəmiyyətdə yaşayırıq. Bax bu siyahıda bir neçə evi olan adamın da adı var. Ən yaxşısı əsəblərimizi qorumaq üçün bu məsələ ilə maraqlanmayaq. Belə məsələlərdə həqiqətən azərbaycanlı xisləti açılır. Yenə də deyirəm, Azərbaycanın özünə bənzəyən bir siyahıdır” .
Yazıçı Seymur Baycan da bu məsələ ilə bağlı sərt fikirlərini dedi: “Ədəbi mühiti və mətbuatı izləyən hər kəsə məlumdur ki, AYB necə idarə olunur. Ona görə də evi olanların adının siyahıya salınmasına təəccüblənmək lazım deyil. Çünki əvvəllər də belə bir şeylər olubdu. Mən dəfələrlə öz yazılarımda da, müsahibələrimdə də qeyd etmişəm ki, AYB sovet dövründən qalma bir qurumdur. O dövrdə belə bir qurumun olmasına böyük ehtiyac var idi. Və ədəbiyyatı idarə etmək üçün nəzərdə tutulmuşdu. Amma indi də qurum eyni missiyanı yerinə yetirir. Kimlərsə onun fəaliyyətini qəbul edir, kimlərsə də qəbul etmir. Mənim fikrimcə, ümumiyyətlə bu qurum , yəni Azərbaycan Yazıçılar Birliyi bağlanmlıdır. Yəni nəyisə dəyişib, islahat edib düzəltməyə ehtiyac yoxdur. Məhz bu qurumun bağlanması lazımdı.
Çoxları elə düşünür ki, biz qurum haqqında yazırıqsa, demək orda hansısa islahatların olmasını istəyirik. Amma bu belə deyil. Orda heç bir islahata da ehtiyac yoxdur. Daşlaşmış qanunlar və iş prinsipləri var və hələ də davam edir. Bir sözlə, o qurum bağlanmalıdır. İkincisi də ki, indi də orda oturan insanların ataları vaxtilə Azərbaycan ziyalılarının sürgün olunamsında, güllələnməsində dırnaqarası öz töhfəsini vermiş insanlardı. O insanlar indi yenə də vəzifədə oturublar və yenə də o əməlləri davam etdirirlər. Mərifətləri də çatmır ki, Cavidə görə, Müşfiqə görə durub bir üzr istəsinlər. Onlardan hər şey gözləmək olar” .
Modern.az saytı “kulis.az”a istinadən Yazıçılar Birliyinin siyahıya saldığı şəxslərin adlarını təqdim edir:
1. Firuzə Məmmədova (AYB Həmkarlar təşkilatının rəhbəri)
2. Arifə Əliyeva (AYB Kadr şöbəsinin müdiri)
3. Hüseynzadə Sevinc (AYB-də operator)
4. Babışova Arzu (AYB-də operator)
5. Teymurova Tovuz (AYB-də məsləhətçi)
6. Bağırova Gülşən (AYB-nin baş mühasibi)
7. Bəşirova Qəmər (AYB-nin mühasibi)
8. Atamoğlanova Natəvan
9. Ayxan Eyvaz
10. Hamlet Qocayev
11. Yalçın Qoca (Xalq şairi Fikrət Qocanın oğlu, şair )
12. Sara Rəsulova
13. Akif Hüseynov (Nizami adına Ədəbiyyat İnstitutunun “Müasir ədəbi proses“ şöbəsinin müdiri)
14. Ədalət Əsgəroğlu (AYB-nin mətbuat katibi)
15. Hüseynov Arzu
16. Salam Sarvan
17. İslamov Adil
18. Nüşabə Məmmədli
19. İnqilab Rəvan
20. Sədi Fətəlizadə
21. Aydın Xan
22. Kəramət
23. Əliyev Nizami
24. Orxan Fikrətoğlu
25. Xanəmir
26. Şaiq Vəli
27. Suliddin Qasımlı
28. Qəşəm Nəcəfzadə
29. Gülxarə Pənah
30. Dəyanət Osmanlı
31. Əsəd Cahangir
32. İlham Qəhrəman
33. Əkbər Qoşalı