Baş vermiş texniki problem nəticəsində milaz.info portalının arxivinin bir hissəsi silinib. Bu barədə SalamNews-a saytın redaksiyasından məlumat verilib.
Bildirilib ki, silinmiş hissə bu ilin yanvar ayının ortalarından başlayaraq bu günə qədər olan dövrü əhatə edir. Əldə edilən məlumata görə, saytdakı məlumatların silinməsinə informasiyaların saxlanılmasına cavabdeh olan qurğuda qəzanın baş verməsi səbəb olub.