Jurnalistika sürətlə nüfuzdan düşür: pul az, stress çox…

Amerikanın əmək bazarının öyrənilməsi üzrə nüfuzlu saytı olan Career Castın apardığı tədqiqat KİV-də çalışan jurnalistlər üçün ürəkaçan nəticələr verməyib. Sayt yeni iş yerlərində stress, perspektivlər, başqa amilləri nəzərə alaraq 200-ə yaxın ixtisası əmək haqqı və əmək şərtləri nöqteyi nəzərdən qiymətləndirən tədqiqat aparıb.
Jurnalistlər siyahıda 196-cı yerdə qərar tutub. Onların illik gəliri orta hesabla 35 min dollar təşkil edir. Bu hər ölkə üzrə analoji göstəricidən təxminən 13 min dollar aşağıdır. Stressin səviyyəsi 100 ballıq şkala ilə 44-dür. Telejurnalistlərin, radiojurnalistlərin vəziyyəti yazar jurnalistlərə nisbətən “ürəkaçıcıdır”. Onlar siyahıda 191-ci yerdədirlər. Burada illik əməkhaqqının 27 min dollardan aşağı olmasına baxmayaraq, iş tapma ehtimalı daha yüksəkdir, stress keçirmə ehtimalı 42 baldan aşağıdır. Hesablamalar efir ulduzlarını yox, siravi jurnalistləri nəzərdə tutub. Efir ulduzlarının əmk haqqı tamam başqadır.
Ekspertlər jurnalist peşəsinin nüfuzunun düşməsini internet əsrində kütləvi informasiya vasitələrlərinin nəşrinə və xəbərlərin gündəlik buraxılışlarına ehtiyacın azalmasıyla izah edirlər.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, əvvəl çox sevilən ixtisas olmasına baxmayaraq yaşanan stress, iş yerlərinin azalması, əməkhaqqının az olması bu peşənin nüfuzunun azalmasına səbəb olub. Sorğuda iştirak edən Pensilvaniya ştatında zərərçəkmiş qəzet redaktoru David Kambell ”müasir gəncliyi xəbərlər maraqlandırmır”deyib. David Kembellanın sözlərinə görə, müasir gəngliyin marağı ancaq Hollivud ulduzlarına və onların ətrafında baş verənlərədir.
Tədqiqatda həmçinin ABŞ da hal-hazırda qəzet, televiziya, radio jurnalistlik peşəsində işsizlik probleminin son 34 ildə müşahidə olunan ən aşağı səviyyə olduğu açıqlanıb.
Caree Cast saytının məlumatına görə, ABŞ-da ən lazımsız peşə meşəqıranlıq peşəsidir. Burada yüksək gəlir olmasına baxmayaraq, işsizliyin dərəcəsi yuxarıdır. Əsgərlərin, zabitlərin, neft daşlarında çalışanların vəziyyəti nisbətən ürəkaçandır.
Reytinq cədvəlində kompüter proqramçıları zirvədədir. Bu sahədə illik orta əməkhaqqı 88 min dollardan yuxarıdır, yeni iş tapmaq asan, stress keçirmək ehtimalısa aşağı səviyyədədir. Siyahıda ikinci sığorta hesablamaları üzrə mütəxəssis, üçüncü kadr resursları üzrə menecerlik peşəsi tutub.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO