Aprelin 18-də Sulutəpə qəsəbəsində əhalinin mülkünü sökməklə məşğul olan ARDNŞ-ın mühafizəçiləri peşə fəaliyyətini yerinə yetirən «Yeni Müsavat» qəzetinin xanım əməkdaşı Günay Musayevə və Repartyorların Azadlıq və Təhlükəsiz İnstitutunun əməkdaşı İdrak Abbasovu amansızlıqla döyüblər. İ.Abbasov hazırda xəstəxanadadır və onun sağlıq durumunun kritik olduğu bildirilir.
İctimai Palata öz peşə vəzifələrini yerinə yetirərkən zorakılığa məruz qalan Günay Musayeva və İdrak Abbasovun sağlıq durumundan narahatlığını bildirir və bunu qeyri-insani addım kimi dəyərləndirdiyini bəyan edir.
”Jurnalistlərin döyülməsi faktı bir daha təsdiqləyir ki, insan haqlarına, beynəlxalq hüquq normalarına meydan oxumaq və vətəndaşlarına qarşı amansız repressiya yürütmək Azərbaycan hakimiyyətinin mahiyyətidir.
İctimai Palata Sulutəpə qəsəbəsi sakinlərinin evlərinin sökülməsi və jurnalist zorakılığını qəti şəkildə pisləyir, özbaşnalığın bu cür davam etməsinin ağır nəticələrə səbəb olacağını hakimiyyətin nəzərinə çatdırır, iqtidardan insan hüquq və azadlıqlarına basqıları dərhal dayandırmağı tələb edir”.
Modern.az