Azərbaycanın 14 bölgə jurnalisti Türkiyəyə gedir

Modern.az saytı xəbər verir ki, aprelin 24-də bir qrup azərbaycanlı jurnalist Türkiyəyə səfərə yollanacaq. Nümayəndə heyətinin tərkibi Mətbuat Şurası tərəfindən seçilmiş 14 jurnalistdən ibarət olacaq. Qonaqlar Ankara, Konya, İstanbul şəhərlərinin bölgə qəzetlərini ziyarət edib, Türkiyə mətbuatı ilə yaxından tanış olacaqlar.

“Dialoq Avrasiya” Platformasının Azərbaycan təmsilçisi Mustafa Saatçının saytımıza bildirdiyinə görə, bu səfərdə əsas məqsəd Türkiyə ilə Azərbaycandakı təcrübinin qarşılıqlı şəkildə bölüşdürülməsi, biri-birini tanımaqdır. Nümayəndə heyəti “Qəzetçiər və yazarlar” Vəqfi tərəfindən qarşılanacaq, səfər müvafiq proqram əsasında gerçəkləşəcək.

Səfərin proqramı Türkiyə ilə Azərbaycan tərəfi arasında ortaq şəkildə hazırlanacaq.

Qeyd edək ki, Türkiyəyə səfər edəcək jurnalistlər bölgələrdə çalışanlardır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO