Azərbaycan Mətbuat Şurası İctimai Palatının aprelin 8-də saat 16:00-da keçiriləcək mitinqində jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparacaq.
Monitorinqdə MŞ-nin mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvləri iştirak edəcəklər. Qeyd edək ki, Daimi Komissiyanın tərkibinə Mətbuat Şurası ilə yanaşı Baş Prokurorluğun, Daxili İşlər və Ədliyyə Nazirliklərinin nümayəndələri daxildirlər.
Azərbaycan Mətbuat Şurası İctimai Palatanın sabah keçiriləcək mitinqini işıqlandıracaq jurnalistlərdən MŞ-nin üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrində olmalarını xahiş edir.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq paytaxtın 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin təlim meydanında baş tutacaq.
Modern.az