“Xəbərlər” jurnalının bu il üçün ilk nömrəsi AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən “Tusi” nəşriyyatında çap olunub.
SalamNews-un verdiyi xəbərə görə, ildə dörd dəfə çap olunan jurnalın növbəti 26-cı sayı ictimai və humanitar elmlər seriyasıdır. Jurnalın Tarix, Arxeologiya və Etnoqrafiya, Azərbaycan dili, Folklor və Ədəbiyyat, İncəsənət, İqtisadiyyat bölmələrində son illərdə aparılan tədqiqatlar, əldə olunan nəticələr öz əksini tapıb. Dəyərli elmi məqalələrin toplanıldığı 316 səhifədən ibarət “Xəbərlər”in yeni sayında ənənəyə uyğun olaraq ayrı-ayrı qaynaqlara və müxtəlif dövrlərdə yaşamış müəlliflərin əsərlərinə istinad edilib.