Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) təşkilatçılığı ilə Şamaxı şəhərində ustad şair M.Ə.Sabirin yaradicılığına həsr olunmuş II Bədii Qiraət müsabiqəsi davam edir. Layihə çərçivəsində Şamaxı Rayon təhsil ocaqlarında çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə görüş-seminar keçirilib. Tədbirə müsabiqənin münsflər heyətinin üzvü SAMF sədri, şair Musa Yaqub da qatılıb.
Seminarda ilk çıxış edən Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Səadət Veysova görkəmli şair M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş Bədii Qiraət müsabiqəsinə qatılan şagird və tələbələrin üzərinə böyük məsuliyyət yükünün düşdüyünü, bu müsabiqənin keçirilməsində ədəbiyyat müəllimləri üçün bir sınaq olduğunu da dilə gətirmişdir.
SAMF sədri, şair Musa Yaqub çıxışında AVCİYA və SAMF əməkdaşları tərəfindən Şamaxıda müsabiqənin artıq ikinci dəfə reallaşdırdığını qeyd edərək, bu işdə ideyanın təbbüskarı və dəktəkçisi, Şamaxını millət vəkil Elxan Süleymanova təşəkkürünü bildirmişdir. QHT sədri M.Ə.Sabir yaradıcılığının Azərbaycan ədəbiyyatında mühüm yer tutduğunu qeyd edərək, çıxışında daha sonra Azərbaycan Yazıçılar Birliyinin hər il şairin doğum günündə Şamaxı şəhərində “Sabir günləri” adlı tədbir keçirdiyini də söylədi. Bildirdi ki, bu mərasimlərin bünövrəsi illər öncə xalq şairi Rəsul Rzanın təkidi ilə qoyulub. M.Yaqub M.Ə.Sabirin yaradıcılığından nümunələr səsləndirərək, müəllimlərə bu dəfəki müsabiqədə daha məsuliyyətli olmağı, şagirdlərə şeirləri öyrədərkən, təkrarçılığa yol verməməyi tövsiyyə etdi.
SAMF- nun icraçı direktoru Vüqar Tofiqli müsabiqənin texniki tərəfləri haqqında seminar iştirakçılarına məlumat verdi.
Seminarın sonunda tədbirdə Şamaxı ziyalıları və müəllimlər müsabiqənin detalları barədə dəqiqləşdirmələr aparmaq məqsədilə təşkilatçılara ünvanlanan çoxsaylı suallar cavablandırlımışdır.
Xatırladaq ki, iki mərhələdn keçirlən müsabiqəyə M.Ə.Sabirin 150 illik yubileyi ərəfəsində yekun vurulacaq. Müsabiqənin birinci mərhələsi rayonun bütün təhsil müəssisələrində, o cümlədən orta məktəblərdə, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı Filialında, Şamaxı Humanitar Kollecində keçiriləcək.
Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, M.Ə.Sabirin yaradıcılığının tədris prosessində tətbiqinə metodiki dəstək vermək, tədris prosessində fəal şagird və tələbələri üzə çıxarmaqla həvəsləndirməkdir. Yekun mərhələdə qalibləri tanınmış mədəniyyət və incəsənət xadimlərinin, habelə Şamaxıda fəaliyyət göstərən elm adamlarının qatıldığı münsiflər heyəti seçəcək. İkinci dəfə keçirilən müsabiqə qaliblərinə qiymətli hədiyyələr və Fəxri fərmanlar veriləcəkdir.
SAMF
14/03/2012