Multimedia Mərkəzi tərəfindən həyata keçirilən “İnformasiya cəmiyyətinin jurnalisti” müsabiqəsinin yekunlarına həsr olunan təqdimat mərasimi keçiriləcək.
Mərkəzdən Modern.az-a bildirilib ki, fevralın 29-da keçiriləcək tədbirdə informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlər mükafatlandırılacaq.
Müsabiqəyə müxtəlif qəzet və xəbər portallarında dərc olunmuş 13 məqalə təqdim edilib. Materiallar anonimliyi saxlanılmaqla münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Modern.az