Bayramov məhkəmə qarşısına çıxacaq

İslamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramovun bu gün məhkəməsi keçiriləcək.

SalamNews xəbər verir ki, bu barədə vəkil Ramil Məmmədov deyib ki, məhkəmə bu gün saat 15:00-a təyin olunub və Abşeron rayon məhkəməsində baş tutacaq.

Xatırladaq ki, Ramin Bayramov ötən ilin avqust ayında həbs olunub. O, Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə günahlandırılır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO