Suriyanın Humus şəhərindəki bombalı hücumda iki qərbli jurnalistin öldüyü xəbər verilir.
Modern.az Türkiyə KİV-lərinə istinadən bildirir ki, hadisə hökumət qüvvələrinin Baba Amr məhəlləsində olan müxaliflərə məxsusu bir mətbuat mərkəzini bombalaması nəticəsində baş verib. Biri fransız, digəri amerikalı olan iki jurnalistin həyatını itirdiyi, üç-dörd xarici jurnalistin isə yaralandığını xəbər verilir