Yanvarın 19-da Sabunçu Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi MKS 20 Yanvar – ümumxalq hüzn gününə həsr olunmuş tədbirlər keçirəcəkdir.
Kitabxanadan AzərTAc-a bildirmişlər ki, həmin gün MKS-in bütün filiallarında oxucularla “Şəhidlər ölməz, Vətən bölünməz!” mövzusunda söhbət aparılacaq və qanlı faciədən bəhs edən kitablar nümayiş etdiriləcəkdir.