RƏSMİ DÖVLƏT QƏZETİNİN BAŞ REDAKTORU BAKI MERİYASINI İTTİHAM ETDİ

“Bakı Şəhər İcra Hakimiyyəti qəzetlərin satışına maneələr yaradır”. Yanvarın 12-də Mətbuat Şurasının 2011-ci ildə gördüyü işlərə dair hesabat konfransında çıxış edən rəsmi dövlət qəzeti “Azərbaycan”ın baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov belə deyib.

APA-nın məlumatına görə, Bəxtiyar Sadıqov qeyd edib ki, Bakı Şəhəri İcra Hakimiyyəti həm köşklərdə satışa, həm də səyyar yayıma maneə törədir: “İl ərzində mütəmadi olaraq bu barədə şikayətlər daxil olur. Paytaxt icra hakimiyyətinin son illərdəki fəaliyyəti bunun göstəricisidir. Qəzet köşklərinə münasibətdə də bunu görürük. Qəzet köşklərinin sayı azaldılır, insan axınının gur olduğu yerlərdə qəzet satışına maneələr yaradılır, hətta köşklər bağlanır”.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO