Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə kitabxanalarda insan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsinə dair tapşırıqlar verilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tapşırıqlar “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 4.15 bəndinə əsasən həyata keçirilir.
Milli Fəaliyyət Proqramının icrası məqsədilə şəhər, rayon mərkəzi kitabxanalarında yaradılmış hüquqi-informasiya mərkəzlərinin fəaliyyəti gücləndirilməli, mərkəzlər mütəmadi olaraq yeni nəşrlərlə zənginləşdirilməli və insan hüquqlarının aktual problemlərinə həsr olunmuş tədbirlər keçirilməlidir. Bu barədə nazirliyin kitabxana sektoruna mütəmadi məlumat verilməlidir.