ANS televiziyasında ötən ilin qışında başlayan “Yarpaq tökümü” davam etməkdədir. “Qafqazinfo”nun məlumatına görə, bu günlərdə şirkəti daha bir mühüm postda çalışan əməkdaş tərk edib.
Belə ki, uzun illərdən bəri ANS-də çalışan, burada böyük məktəb keçən və şirkətin prezidenti Vahid Mustafayevə yaxınlığı ilə seçilən, televiziyanın baş operatoru olan Hikmət Əsgərov da telekanaldan gedib. Maraqlıdır ki, o, ANS-i bölgə televiziyasına dəyişib. Belə ki, H. Əsgərov Tovuzun “Türkel” televiziyasında daha yüksək vəzifədə işə başlayıb.
Qeyd edək ki, bu yaxınlarda Tovuzun “Türkel” televiziyasına uzun müddət ANS-də çalışmış, sonradan isə bu kanalı tərk edərək “Araz” Teleradio Şirkətinə getmiş Ceyhun Əsgərov təyin olunub.