Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyası (ATMİA) 2011-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun inkişafına jurnalist fəaliyyəti ilə töhfə vermiş bir sıra yazılı media və TV əməkdaşlarını fərqlənmə diplomu ilə mükafatlandırmağı planlaşdırır.
Bu barədə qhtxeber.az-a ATMİA-nın İnformasiya Departamentindən məlumat verilib.
Məlumatda bildirilir ki, ATMİA İdarə Heyətinin yanvarın 7-də keçiriləcək toplantısında mükafatlandırılacaq jurnalistlərin kimliyi müəyyənləşdiriləcək. Gələn həftə mükafatlandırma mərasiminin keçirilməsi gözlənilir.