Səfir Metyu Brayzanın xanımı Zeyno Brayza (Baran) “İslam vətəndaşları: müsəlmanların Qərbə inteqrasiyasının gələcəyi” adlı kitabını AMEA Mərkəzi Elmi Kitabxanasına hədiyyə edib.
SalamNews xəbər verir ki, xanım Zeyno Baranın Emmet Tuohi ilə birlikdə ərsəyə gətirdiyi bu kitab 2011-ci ildə Nyu-Yorkun “Kontinium” nəşriyyatında çap olunub. Kitabda müəllif din və dövlət arasındakı münasibətləri, Avropa və ABŞ-da islamçılığın yüksəlişini və inkişafını, islamçılığın bir çox ölkələrdə siyasi-ideoloji islamçılığa keçməsini və s. məsələləri işıqlandırıb.