Jurnalistərlə kobud davranan məmurların siyahısı açıqlanacaq

Azərbaycanda məmurların jurnalistərlə münasibətini normal qiymətləndirmək olmaz. Bəzi hallarda medianın suallarına etinasız yanaşan bir sıra məmurlar belə məqamlarda jurnalistləri aşağılamağa çalışır, onlara ironuik münasibət sərgiləyirlər. Jurnalistlərə qarşı qeyri-etik davranışlar göstərən, onları təhqir edən, medianın suallarına cavab verməyən məmurlar müxtəlif dövlət orqanlarını təmsil edirlər. Onlar həm də müxtəlif vəzifələrdə çalışırlar, aralarında aşağı post tutanlar da var, nazirlər kimi yüksək ranqlılar da…

Modern.az saytı xəbər verir ki, jurnalistlərə qarşı sayğısız davranan məmurların siyahısı açıqlanacaq.

Bu barədə məlumat verən verən Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, artıq jurnalistlərlə kobud davranan məmurların siyahısının hazırlanması istiqamətində ilkin addımlar atılıb. O, qeyd edib ki, nəticələr 2012-cü ilin 22 iyuluna qədər hazır olacaq: “Son dövrlərdə məmurların jurnalistlərlə kobud davranmasının, onlara qarşı qeyri-etik hərəkətlər sərgiləməsinin tez-tez şahidi oluruq. Demək olar ki, bu, sanki jurnalistlərin həyat tərzinə çevrilib. Jurnalistlərə belə münasibət onların cəmiyyətdəki nüfuzunun aşağı salınmasına yönəlib. Belə hadisələrdən sonra isə dövlət məmurları nə cəzalandırılır, nə də me6diada qınağa çəkilir”.

Jurnalist təşkilatının sədri bütün bunları nəzərə alaraq “qara siyahı” hazırlamağa qərar verdiklərini deyib: “Digər jurnalist təşkilatları ilə bu istiqamətdə məsləhətləşmələr. Müzakirələr keçiriləcək. Yekun siyahı hazır olandan sonra Mətbuat Şurasına və digər jurnalist birliklərinə göndəriləcəkŞ eyni zamanda mediada açıqlanacaq”.

E.Eyvazlı onu da deyib ki, siyahı qəzetlərin və elektron KİV-in monitorinqinə əsasən hazırlanacaq. “Burada məqsəd jurnalistlərin müdafiəsindən ibarətdir”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO