Tovuz şəhərində fəaliyyət göstərən Aşıq Hüseyn Bozalqanlı adına Ozan Aşıq Sənəti Dövlət Muzeyində Azərbaycan Yazıçılar Birliyinin üzvü Yunis Oruclunun “Səni axtarıram” və gənc şairə Elnarə Nurun “Könlüm yenə təbiətlə danışır” kitablarının təqdimatı olmuşdur.
AzərTAc xəbər verir ki, tədbirdə “Varislər” ədəbi birliyinin rəhbəri İsa Cavadoğlu və digər çıxış edənlər yeni kitablar haqqında ürək sözlərini söyləmiş, müəlliflərə yaradıcılıq uğurları arzulamışlar.
Yunis Oruclu və Elnarə Nur yeni şeirlərini oxumuş, yaradıcılıq planlarından danışmışlar.