Belə ki, bəyanatda göstərilir ki, «Yeni Müsavat» nəşrinin jurnalisti Əfqan Muxtarlı yanvarın 7-də Bakıda keçirilmiş kütləvi aksiya haqqında reportajın hazırlanması zamanı polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmışdır. Jurnalist Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən döyülmüş, fotoaparatı isə əlindən alınmışdır. «Yeni Müsavat» qəzetinin rəhbərliyinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra polis Ə.Muxtarlını azad etməklə fotoaparatı qaytarsa da, yaddaş kartı silinmişdir.
Bəyanatda deyilir ki, Media Hüquqları İnstitutu polis əməkdaşlarının bu cür qeyri-qanuni hərəkətlərini pisləməklə, hüquq-mühafizə orqanlarını, Əfqan Muxtarlını döymüş polislərin cinayət məsuliyyətinə cəlb etməyə çağırır.
Day.az