“Google” Lerri Peycin şirkəti ələ almasından sonra başlatdığı daha yığcam və mərkəzləşmiş şirkətə çevrilmək planlarını davam etdirir.
ANN.Az-ın “Mashable”-a istinadən verdiyi xəbərə görə, “Google” “Renewable Energy Cheaper than Coal” və “Knol” da daxil olmaqla bir sıra lahiyələrini ləğv edib.
“Yaz təmizlənməsi” dünən baş vitse-prezident Urs Hörzl tərəfindən yazılan bloq postda bildirilib.
Bağlanılacaq digər proqramlara “Google Wave”, ” Google Gears”, “Google search Timeline”, “Google Bookmarks Lists” və “Google Friend Connect” də daxildir.