İctimai Televiziyaya hücum olub

Hakerlər Azərbaycan xəritəsini təhrif ediblər.

Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkətinin www.itv.az internet saytı hakerlərin hücumuna məruz qalıb. Sayta edilən kənar müdaxilə nəticəsində 14 sentyabr 2011-ci il tarixdə yerləşdirilmiş “Azərbaycanın yeni böyük atlası tərtib ediləcək” başlıqlı xəbərin fotosu-Azərbaycanın xəritəsi dəyişdirilib.

Telekanaldan Modern.az saytına daxil olan məlumata görə hakerlər saytda Azərbaycanın təhrif olunmuş xəritəsini yerləşdirib. Həmin xəritədə isə işğal altında olan torpaqlarımız Ermənistan ərazisi kimi göstərilir. Bu, xakerlərin itv.az saytına məqsədli şəkildə etdiyi ilk hücum deyil. Hadisənin necə törədildiyi araşdırılır. Bu işdə dövlət və qeyri-hökumət təşkilatlarının bizə yardım göstərməyini xahiş edirik.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO