Dünya ədəbiyyatının şah əsərlərindən olan “Monqolların gizli tarixi” kitabı nəşr olunmuşdur.
TürkSOY kitabxanası seriyasından 17-ci kitab kimi buraxılan “Monqolların gizli tarixi” əsəri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilmişdir.
AMEA-dan AzərTAc-a bildirmişlər ki, “MBM” nəşriyyatında çapdan buraxılmış kitab 1240-cı ildə yazılmışdır. Onu əsərin türkcə, rusca və almanca nəşrləri əsasında Azərbaycan dilinə filologiya elmləri doktoru Ramiz Əskər çevirmişdir.
Kitabın redaktoru AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev, ön sözün müəllifi Ramiz Əskərdir.
Əsər bəşər tarixində ən iri imperiyalardan birini quran böyük sərkərdə və dövlət xadimi Çingiz xanın həyatından bəhs edir. “Monqolların gizli tarixi” Çingiz xanın şəxsiyyəti, yürüşləri, bir sıra ölkələri, o cümlədən Türküstanı istila etməsi, türk-monqol münasibətləri haqqında ilkin mənbə olması baxımından türk tarixi və türkologiya elmi üçün mühüm əhəmiyyət kəsb edir.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Sosial şəbəkələr
Facebook Twitter Google Digg MySpace Yahoo
Dostuna göndər
Sizin Email: *
Dostunuz Emaili: *
Adınız: *
Dostunuzun adı: *